Ya Rəbb

T Tağıyev Elçin
0 Altın Yaprak
Sən oyat bəxtimi çoxda yatmasın Ömrümü günümü şad eylə ya rəbb Səadət-bərəkət məndən qaçmasın Sən halal ruzimi bol eylə ya rəbb. Sən ucalt adımı hörmətim olsun Sevdiyin kəslərə tay eylə yarəbb Lütv eylə qəlbimdə imanım olsun Nuruna qovuşdur mənidə ya rəbb. Qaldır pərdələri görsün gözlərim Hikməti-məqsədi dərk edim ya rəbb Qəlblərə xoş gəlsin mənim sözlərim Əxlaqım-ədəbim düz olsun ya rəbb. Sən artır ağlımın kamal dərsini Kamil insan olub yaşayım ya rəbb Nurunla təmizlə mənim nəfsimi Özünə dost eylə mənidə ya rəbb. Vətənə-xalqıma köməyim olsun Ruhumda gücümü çox eylə ya rəbb Xeyirli işlərdə əməyim olsun Sən halal pulumu çox eylə ya rəbb. O gözəl həbibin hörmətinə sən Cənnətdə onunla bir olum ya rəbb Ən gözəl adların hörmətinə sən Elçini sevgindən ayırma ya rəbb.

Bu şiire çeviri ekle ·

Bu şiiri puanla

Henüz puan verilmemiş

Yıldıza dokunarak 1–10 arası puan ver

Yorumlar

Yorum yapmak için giriş yapmalısın.

Giriş yap

Bu şiire henüz yorum yapılmamış. İlk sen ol.

Sana daha iyi bir okuma deneyimi sunabilmek için sitemizde çerez kullanıyoruz. Kişisel verilerin KVKK ve GDPR kapsamında işlenir; hangi çerezlere izin verdiğini dilediğin zaman değiştirebilirsin.